"Neftçi" 2 futbolçusunun müqavilələrinə xitam verilməsindən ötrü danışıqlar aparır

"Neftçi" 2 futbolçusunun müqavilələrinə xitam verilməsindən ötrü danışıqlar aparır "Danışıqlar dövründə bir neçə dəfə razılığa gəlsək də, sonra razılaşmayıblar"
Futbol
21 İyun , 2018 16:32
Neftçi 2 futbolçusunun müqavilələrinə xitam verilməsindən ötrü danışıqlar aparır

Bakı. 21 iyun. REPORT.AZ/ "Neftçi" klubu əcnəbi futbolçuları Mayk Kampaz və Lukas Qomesin müqavilələrinə xitam verilməsindən ötrü danışıqları davam etdirir.  

Klubun mətbuat katibi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, bu barədə futbolçuların özləri də məlumatlandırılıb. Lakin o, hələlik razılığa gələ bilmədiklərini əlavə edib: "Onlara və menecerlərinə rəsmən bildirilib ki, gələn mövsüm üçün komandada düşünülmürlər. Hazırda hər iki futbolçunun müqavilələrinə xitam verilməsindən ötrü danışıqlar gedir. Onlar bu məsələdən agahdırlar. Mövsüm başa çatandan sonra bununla bağlı həm futbolçuların özləri, həm də menecerləri ilə danışıqlar aparırıq. Onlarla razılıq əldə etmək, müqavilələrinə xitam vermək istəyirik. Danışıqlar dövründə bir neçə dəfə razılığa gəlsək də, sonra razılaşmayıblar. Hüquqşünasımız futbolçuların menecerləri ilə danışıqları davam etdirir. Yaxın günlərdə razılıq əldə edib müqavilələrinə xitam verəcəklərini düşünürük". 

Mətbuat katibi Kampazla Qomesin bugünkü məşqdə iştirak etməmələrinin səbəbini belə izah edib: "Komandanın məşqi saat 10:00-da başlayıb. Həmin futbolçular isə bazaya 10-dan sonra gəliblər. Hazırda isə bazada heç kim yoxdur. Komanda səhər məşqindən sonra istirahətə buraxılıb və sabah Türkiyəyə təlim-məşq toplanışına yollanacaq".

Qeyd edək ki, Mayk Kampaz və Lukas Qomes qış fasiləsində transfer olunublar. Onlarla 1 illik müqavilə bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi