"Neftçi" klubu 2 futbolçusunu cəzalandırıb

"Neftçi" klubu 2 futbolçusunu cəzalandırıb Samir Məsimovla Məhəmməd Qurbanov əvəzedici heyətə göndərilib
Futbol
24 Oktyabr , 2015 16:15
Neftçi klubu 2 futbolçusunu cəzalandırıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Neftçi” klubu 2 futbolçusunu cəzalandırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Samir Məsimovla Məhəmməd Qurbanov əvəzedici heyətə göndərilib. 

Cəzaya Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilmiş AZAL - "Neftçi” matçında Məsimovla Qurbanovun peşəkar səviyyələrindən aşağı çıxış etmələri səbəb göstərilib. Onlar məşqçilər korpusunun təqdimatına əsasən əsas komandadan kənarlaşdırılıblar.

Qeyd edək ki, "Neftçi" AZAL-a 1:2 hesabı ilə uduzub. 

Son xəbərlər

Orphus sistemi