NBA-da pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub

NBA-da pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub Milli Basketbol Liqasında (NBA) müntəzəm çempionat başa çatıb.
Futbol
11 Aprel , 2019 11:57
NBA-da pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub

Milli Basketbol Liqasında (NBA) müntəzəm çempionat başa çatıb.

“Report” xəbər verir ki, “Nyu-York”u 115:89 hesabı ilə məğlub edən “Detroyt” pley-off mərhələsinə vəsiqə qazanan sonuncu komanda olub.

Müntəzəm çempionatın və Şərq konfransının qalibi adını hesabında 60 qələbə olan “Miluoki” qazanıb. Sonuncu çempion “Qolden Steyt” Qərb konfransında birinci yeri tutub. Oklend təmsilçisi 57 matçda qalib gəlməklə rəqiblərini qabaqlayıb.


Pley-off mərhələsi, I raund

Şərq konfransı

“Miluoki” – “Detroyt”

“Toronto” – “Orlando”

“Filadelfiya” – “Bruklin”

“Boston” – “İndiana”


Qərb konfransı

“Qolden Steyt” – “Klipperz”

“Denver” – “San-Antonio”

“Portlend” – “Oklahoma Siti”

“Hyuston” – “Yuta”

Qeyd edək ki, pley-off mərhələsinə aprelin 13-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi