Nazim Süleymanov: "Futbolçu hiss etməlidir ki, küləkli havada top hara gedir"

Nazim Süleymanov: "Futbolçu hiss etməlidir ki, küləkli havada top hara gedir" Bakı. 5 oktyabr. REPORT.AZ/ Hər kəs komanda haqda yaxşı fikir söyləyirdi. Qorxduğumuz elə bu anlar idi. Futbolçularımıza da oyundan əvvəl diqqətli olmağı tapşırmışdıq. Rəqibi təbrik etmək lazımdır. Qələbə həmişə yaxşıdır, məğlubiyyət isə pis. Səbail hələ penaltini də vura bilmədi. Əsas oyun yox, 3 xaldır. Komanda hardasa uduzmalı idi. Təəssüf ki, bu nəticə baş verdi. Lakin futbolda belə şeylər olur.
Futbol
5 Oktyabr , 2018 22:09
Nazim Süleymanov: Futbolçu hiss etməlidir ki, küləkli havada top hara gedir

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Hər kəs komanda haqda yaxşı fikir söyləyirdi. Qorxduğumuz elə bu anlar idi. Futbolçularımıza da oyundan əvvəl diqqətli olmağı tapşırmışdıq. Rəqibi təbrik etmək lazımdır. Qələbə həmişə yaxşıdır, məğlubiyyət isə pis. "Səbail" hələ penaltini də vura bilmədi. Əsas oyun yox, 3 xaldır. Komanda hardasa uduzmalı idi. Təəssüf ki, bu nəticə baş verdi. Lakin futbolda belə şeylər olur".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan Premyer Liqasının VII turunda "Səbail"ə səfərdə 0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra mətbuat konfransında deyib.

Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Bəzi futbolçularınızda eyforiya hissi var idi və bunu aradan qaldıra bilmədiniz..

- Eyforiya deməzdim. Futbolçularımız özləri barədə yaxşı fikri oyunları ilə göstərdilər. İlk 6 oyunda nəticə pis deyildi. Qələbə olan yerdə məğlubiyyət də var. Deməli, daha yaxşı işləməliyik. Bu gün hesabda geri olsaq da, qol epizodları yarada bildik.

Sizə elə gəlmir ki, erkən qollar və külək amili nəticəyə təsir göstərdi?

- Bəhanə etmək düzgün deyil. Futbolçu hiss etmədir ki, külək olarsa, top hara gedir. Belə çıxır ki, futbolçulara hava şəraiti ilə bağlı məşqlər keçək? Futbolçunun koordinasiyası bəs nədir? Səhv etdik, bizə qollar vurdular.

Atilla Yıldırıma etimad limitiniz nə qədər olacaq: O, "qol orucu"nu nə vaxt pozacaq?

- Futbolda belə hallar olur. Qol vura bilmirsə, daha çox işləməlidir. Onun oyununu disklərdə görmüşük. Yəqin ki, gələcək matçlarda vurar.

Son xəbərlər

Orphus sistemi