Mustafa Dənizlinin komandası Türkiyə Super Liqasına yüksələ bilməyib

Mustafa Dənizlinin komandası Türkiyə Super Liqasına yüksələ bilməyib Bu vəsiqəyə 14 ildən sonra "Göztəpə" sahib çıxıb
Futbol
5 İyun , 2017 10:15
Mustafa Dənizlinin komandası Türkiyə Super Liqasına yüksələ bilməyib

Bakı. 5 iyun. REPORT.AZ/ "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin rəhbərlik etdiyi Türkiyənin "Eskişehirspor" klubu Super Liqaya yüksələ bilməyib. "Report"un məlumatına görə, "sarı-qırmızılar" "pley-off" mərhələsinin həlledici qarşılaşmasında "Göztəpə"yə penaltilər seriyasında uduzub.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda tərəflərin heç biri fərqlənmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman Yılmaz Vuralın baş məşqçi olduğu komanda daha üstün olub - 3:2. Beləliklə, "Göztəpə" 14 ildən sonra Super Liqaya yüksəlib.

I Liqanın əsas mərhələsində "Eskişehirspor" 56 xalla 3-cü, "Göztəpə" 53 xalla 5-ci yeri tutub. İlk 2 yerin sahibi "Sivasspor"la "Yeni Malatyaspor" Super Liqaya birbaşa vəsiqə əldə edib. Onlar elitada "Rizespor"la "Qaziantepspor"u əvəzləyiblər. "Eskişehirspor", "Boluspor", "Göztəpə" və "Giresunspor" isə 3-cü vəsiqə uğrunda "pley-off" mübarizəsi aparıblar. Bu mərhələnin qalibi "Göztəpə" Super Liqada sonuncu olan "Adanaspor"la yerini dəyişib.

Qeyd edək ki, Türkiyə çempionu "Beşiktaş"la gümüş mükafatçı "Başakşehir" Çempionlar Liqasına, kuboku qazanan "Konyaspor", bürünc mükafatçı "Fənərbağça" və 4-cü yerin sahibi "Qalatasaray" Avropa Liqasına vəsiqə qazanıb.  

Son xəbərlər

Orphus sistemi