Yuxarı

Moskvann "Lokomotiv" klubuna yenə Syomin başçılıq edəcək

Oleq Paşinin isə komandanın məşqçilər heyətində fəaliyyətini davam etdirəcək

Bakı. 26 avqust. REPORT.AZ/ "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Rusiyanın "Lokomotiv" futbol klubunun sükanı arxasına keçib. "Report" Moskva təmsilçisinin saytına istinadən xəbər verir ki, Syominin rəhbərliyi altında "Lokomotiv" ilk oyununu Krasnodarın eyni adlı komandasına qarşı keçirəcək.

Klubun müvəqqəti baş məşqçisi Oleq Paşinin isə komandanın məşqçilər heyətində fəaliyyətini davam etdirəcək. 

Qeyd edək ki, Yuri Syomin 1986 - 2005-ci illərdə də "dəmiryolçular"ın baş məşqçisi olub. Onun rəhbərliyi altında "Lokomotiv" 2002 və 2004-cü illərdə iki dəfə Rusiya çempionu olub. Syomin 2014-2015 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. Sonradan o, Rusiyanın "Mordoviya" və "Anji" komandalarında çalışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi