Mladen Milinkoviç: "Meydan yaxşı olsa, daha baxımlı oynayarıq"

Mladen Milinkoviç: "Meydan yaxşı olsa, daha baxımlı oynayarıq" Bakı. 21 oktyabr. REPORT.AZ/ Komandamı təbrik edirəm. Çempionatda yaranmış fasilədən sonra ilk vacib qələbəmizi qazandıq. Bizim üçün çox çətin idi. Çünki 3 xal mütləq lazım idi. Bu qələbə növbəti oyunlara cığır açdı. Oyunun bir çox hissələrində səhvlərimiz oldu. Bəzi məqamlarda bəxtimiz gətirdi. Təzyiq altında oynamaq çox çətindir. Bu səbəbdən, səhvlər də buraxdıq”.
Futbol
21 Oktyabr , 2018 23:00
Mladen Milinkoviç: Meydan yaxşı olsa, daha baxımlı oynayarıq

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Komandamı təbrik edirəm. Çempionatda yaranmış fasilədən sonra ilk vacib qələbəmizi qazandıq. Bizim üçün çox çətin idi. Çünki 3 xal mütləq lazım idi. Bu qələbə növbəti oyunlara cığır açdı. Oyunun bir çox hissələrində səhvlərimiz oldu. Bəzi məqamlarda bəxtimiz gətirdi. Təzyiq altında oynamaq çox çətindir. Bu səbəbdən, səhvlər də buraxdıq”.

"Report"un məlumatına görə, bunu "Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Bu qələbədə kimin əməyini xüsusi qeyd edərdiniz? 

- Kamran Ağayevin qurtarışlarını qeyd etmək istərdim. Kamranın bizə çox xeyri oldu. İkinci hissədə Slavik Alxasovun zərbəsi qeyri-dəqiq alındı. Conatan Ayitenin zərbəsindən sonra bəxtimiz gətirmədi. Həmçinin, rəqib də çox qol vurub, yaxşı üstünlük əldə edə bilərdi. Bu, futboldur. Ötən turda yaxşı oynasaq da, uduzduq. Bu gün isə "Zirə” yaxşı çıxış etdi, biz qalib gəldik. Bəzi futbolçular ixtiyarımızda deyildi. Sərtan Taşkın, Edvinas Girdvanis və Ebrima Sohna oynamırdılar. Ayite cəmi 2 həftədir bizə qoşulub, tam hazır deyil. Bu səbəbdən 15-30 dəqiqə oynatmaq istədim. Georgios Georgiadisin hərarəti var idi, meydana belə vəziyyətdə çıxmışdı. Bizə 3 xal lazım olduğundan, komanda ilə birgə oldu.

Qələbənin dadı necədir?

- Təbii ki, xoşbəxtik. Səkkiz turda ilk qalibiyyətimiz idi. Bundan əvvəl yoldaşlıq görüşündə qalib gəlmişdik. Onu da qeyd edim ki, meydan yaxşı vəziyyətdə deyil. Belə meydanda yox, "Neftçi” və "Qəbələ”nin meydanlarında daha yaxşı oyun nümayiş etdiririk. Vəziyyət yaxşı olsa, daha baxımlı oynayarıq.

Qeyd edək ki, "Keşlə" cari mövsümdə ölkə çempionatında ilk qələbəsini qazanıb.

Son xəbərlər

Orphus sistemi