Yuxarı

Misir sakini Rusiyadakı dünya çempionatına velosipedlə yollanıb

Misir sakini Rusiyadakı dünya çempionatına velosipedlə yollanıb
O, 65 gün ərzində Bolqarıstan, Rumıniya, Moldova və Ukraynadan keçməklə Moskvaya çatmaq niyyətindədir

Bakı. 10 aprel. REPORT.AZ/ Misir sakini Mohamed Nufal dünya çempionatında iştirak etmək üçün velosipedlə Rusiyaya yollanıb.

"Report"un məlumatına görə, 24 yaşlı azarkeş Qahirədəki Təhrir meydanından 5 min km-lik səyahətə çıxıb. O, son 28 ildə ilk dəfə mundiala qatılan Misir millisinə azarkeşlik etmək üçün 65 gün ərzində Bolqarıstan, Rumıniya, Moldova və Ukraynadan keçməklə Moskvaya çatmaq niyyətindədir.

Nufal səfər ərəfəsində deyib: “Bu, yeni yerlərə baxmaq və təzə şeylər öyrənmək üçün bir şansdır. Bu, sadəcə, dünya çempionatına yollanmaqdan da böyük işdir. Yalnız mundialın oyunlarına baxmaq üçün getsəydim, təyyarəni seçərdim”.

Qeyd edək ki, Misir millisi Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları ilə birgə A qrupunda yer alıb. Dünya çempionatının oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi