Millinin baş məşqçisi oyuna çıxmadan istefaya göndərildi

Millinin baş məşqçisi oyuna çıxmadan istefaya göndərildi Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi İvan Yovaneviç istefaya göndərilib.
Futbol
6 Aprel , 2020 19:41
Millinin baş məşqçisi oyuna çıxmadan istefaya göndərildi

Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi İvan Yovaneviç istefaya göndərilib.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ötən ilin dekabr ayında yığmaya gətirilən serbiyalı mütəxəssislə müqaviləyə xitam verilib.

Yığmanın mart ayında keçirməli olduğu yoldaşlıq oyunları koronavirusa görə ləğv olunduğundan 58 yaşlı İ.Yovaneviç komandanın sükanı arxasında matça çıxa bilməyib.

Son xəbərlər

Orphus sistemi