DÇ-2018-in seçmə mərhələsində ilk oyunlar keçirilib

DÇ-2018-in seçmə mərhələsində ilk oyunlar keçirilib İlk oyun günündə 9 qarşılaşma olub
Futbol
5 Sentyabr , 2016 00:49
DÇ-2018-in seçmə mərhələsində ilk oyunlar keçirilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün 2018-ci il dünya çempionatının seçmə mərhələsində (DÇ-2018) Avropa zonasında mübarizə başlayıb.

"Report"un məlumatına görə, qruplarda ilk turun matçları bu gündən başlayaraq 3 gündə keçirilir.

İlk oyun günündə 9 qarşılaşma olub və bunlar C, F, E qruplarının matçlarıdır. Azərbaycan milli komandasının yer aldığı C qrupunda hər 3 oyun bu gün olub. İlk turda qələbəyə sevinən qonaqlar olublar. Azərbaycan San Marinonu, Almaniya isə Norveçi onun meydanında qol buraxmadan məğlub edib. Çexiya ilə Şimali İrlandiyanın görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.

Bununla da millimiz Bundestimlə birgə ilk turdan sonra qrup liderliyini bölüşdürür. Sadəcə, almanlar bizdən fərqli 1 yox, 3 qol vurduqlarından turnir cədvəlində 1-ci pillədə yer alıb.

Reqlamentə əsasən, 54 yığma hər birində 6 komanda olmaqla, 9 qrupa bölünüb. Onlar Rusiyada keçiriləcək mundiala 13 vəsiqə uğrunda mübarizə aparacaqlar. Qrup liderləri birbaşa, ikinci yerləri tutanlardan 8 ən yaxşısı isə "pley-off" matçlarında qalan 4 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Tarixdə ilk dəfə Kosovo və Cəbəllütariq də dünya çempionatına yüksəlməyə çalışacaq.

Qeyd edək ki, yığmamız qrupda növbəti oyunlarını oktyabrın 8-də evdə Norveçlə, 11-də səfərdə Çexiya ilə keçirəcək.

4 sentyabr

C qrupu

20:00 San Marino - Azərbaycan - 0:1

Qol: Ruslan Qurbanov, 45

Qırmızı vərəqə: Kristian Brolli, 52 (Malta, birbaşa)

22:45. Çexiya - Şimali İrlandiya - 0:0

22:45. Norveç - Almaniya - 0:3

Qollar: Tomas Müller, 16, 60, Josua Kimmix, 45

E qrupu

20:00. Danimarka - Ermənistan - 1:0

Qol: Kristian Eriksen, 17

20:00. Qazaxıstan - Polşa - 2:2

Qollar: Sergey Xijniçenko, 51, 59 - Bartoş Kapustka, 9, Robert Levandovski, 35-pen

22:45. Rumıniya - Çernoqoriya - 1:1

Qollar: Adrian Popa, 85 - Stefan Yovetiç, 87

F qrupu

20:00. Litva - Sloveniya - 2:2

Qollar: Fyodr Çernıx, 32, Vikintas Slivka, 34 - Rene Krhin, 77, Bostjan Sezar, 90+3

20:00. Slovakiya - İngiltərə - 0:1

Qol: Adam Lallana, 90+5

Qırmızı vərəqə: Martin Şkrtel, 57 (Slovakiya, ikinci sarı)

22:45. Malta - Şotlandiya - 1:5

Qollar: Alfred Effionq, 14 - Robert Snodqrass, 10, 60-pen, 85, Kris Martin, 53, Steven Fletçer, 79

Qırmızı vərəqələr: Jonatan Karuana, 59, Luka Qambin, 90+1 (hər ikisi Malta, birbaşa)

Son xəbərlər

Orphus sistemi