Yuxarı

Bu gün Azərbaycan yığması Sumqayıtda Lixtenşteynlə qarşılaşacaq

Millimiz Lixtenşteynə qarşı787897987

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. 

"Report"un məlumatına görə, rəqib Lixtenşteyn yığması olacaq. Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Hazırda Azərbaycan 5 oyundan, Lixtenşteyn isə 4 oyundan 3 xalla 2-ci qrupda 5-6-cı yerləri bölüşür.  Milan Obradoviçin baş məşqçi olduğu kollektiv sentyabrın 6-da "cırtdanlar"la görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Avropa çempionatıSeçmə mərhələ, 2-ci qrup18:00. Azərbaycan - Lixtenşteyn
Hakimlər: Lukas Sotiriyu, Xaralambos Xaralambus, Yannis Lazaru, Kiriakos Xristodulu

Sumqayıt, “Kapital Bank Arena”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi