Milli komandaların düşərgəsində olan futbolçuları "Qarabağ"ın düşərgəsinə qoşulub

Milli komandaların düşərgəsində olan futbolçuları "Qarabağ"ın düşərgəsinə qoşulub Yaxın günlərdə Riçard Almeyda da Avstriyada olacaq
Futbol
21 İyun , 2017 16:05
Milli komandaların düşərgəsində olan futbolçuları Qarabağın düşərgəsinə qoşulub

Bakı. 21 iyun. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandasının düşərgəsində milli komandaların düşərgəsində olan əksər futbolçular qoşulub. 

"Report"un məlumatına görə, bunlar Bosniya və Herseqovina millisində olan qapıçı İbrahim Şehiç və Azərbaycan yığmasına dəvət alan 6 yerli oyunçu - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılovdur. Onlar bugünkü məşqə qatılıblar. Millidə yer alan daha bir futbolçu Riçard Almeyda isə yaxın günlərdə Avstriyaya gələrək toplanışda iştirak edəcək. 

Qeyd edək ki, "Qarabağ"ın zədəsini hələ sağaltmayan futbolçusu Dani Kintana da artıq komandanın düşərgəsindədir. 

Son xəbərlər

Orphus sistemi