İtaliyanın "Milan" klubunun rəhbərliyi qapıçı Canluici Donnarumma ilə müqaviləni yeniləmək niyyətindədir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 21 yaşlı qolkiperlə sözləşmə 2023-cü ilə qədər artırıla bilər. Klub italiyalı qapıçının maaşını da artıracaq.
"Milan" hazırda sözləşmənin uzadılması üçün futbolçunun agenti Mino Rayola ilə danışıqlar aparır.
Qeyd edək ki, Canluici Donnarummanın klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun hər mövsüm üçün 6 milyon avro qazandığı iddia edilir.