Miçel: “Çelsi” ilə matça da qələbə üçün çıxacağıq”

Miçel: “Çelsi” ilə matça da qələbə üçün çıxacağıq” "Bütün gücümüzü səfərbər etməliyik"
Futbol
1 Noyabr , 2017 17:16
Miçel: “Çelsi” ilə matça da qələbə üçün çıxacağıq”

Bakı. 1 noyabr. REPORT.AZ/ “Çelsi” ilə matça da qələbə üçün çıxacağıq”. 

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Miçel Madera Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniyada “Atletiko” ilə 1:1 hesablı heç-heçədən sonra “Onda Sero”ya deyib.

40-cı dəqiqədə hesabı açan 32 yaşlı ispaniyalı müdafiəçi bildirib ki, Ağdam təmsilçisi noyabrın 22-də Bakı Olimpiya Stadionunda İngiltərə çempionu “Çelsi”ni məğlub edə bilər. Miçel bunu “Qarabağ”ın evdə oynaması ilə əlaqələndirib: "Öz azarkeşlərimiz önündə çıxış edəcəyik. Bütün gücümüzü səfərbər etməliyik. Növbəti qarşılaşmada da uğurla çıxış edəcəyimizə inanıram. ÇL-də yaxşı adımlayırıq. “Çelsi” və “Roma” ilə görüşlərlə pis başlanğıc etdik. Lakin hər şey ola bilər. Qalib gəlmək üçün inamla irəli gedəcəyik. Son 3 matçımızda 10 nəfərlə oynamışıq. Bununla belə, yaxşı müdafiə olunaraq, davam gətirmişik”.

Qeyd edək ki, ilk iki turda “Çelsi”yə 0:6, “Roma”ya isə 1:2 hesabı ilə uduzan “Qarabağ” “Atletiko”ya qarşı keçirdiyi hər iki oyundan bir xal götürüb. 4 turdan sonra italiyalılar 8 xalla C qrupunun lideridir. “Çelsi”nin 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi