Mesut Özil: "Bakıda görüşənədək"

Mesut Özil: "Bakıda görüşənədək" İngiltərənin Arsenal klubunun futbolçusu Mesut Özil Bakıda Çelsi ilə keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl azərbaycanlı azarkeşlərə müraciət edib.
Futbol
22 May , 2019 19:43
Mesut Özil: Bakıda görüşənədək

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Bakıda "Çelsi" ilə keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl azərbaycanlı azarkeşlərə müraciət edib. 

"Report"un məlumatına görə, türkəsilli yarımmüdafiəçi "Twitter" hesabında finala bir həftənin qaldığını xatırladıb.

"Biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək" yazan Özil 2018-ci il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan və paytaxt gəzintisindən fotolarını paylaşıb. 

Qeyd edək ki, final matçı mayın 29-da eyni arenada təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi