Messi karyerasında ikinci dəfə oyundan qovulub - VİDEO
Futbol
- 07 iyul, 2019
- 06:47
Argentinanın futbol üzrə yığmasının kapitanı Lionel Messi Amerika Kubokunun 3-cü yeri uğrunda Çili komandasına qarşı matçın 37-ci dəqiqəsində oyundan qovulub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, görüş 2:1 hesabı ilə başa çatıb. Bu Messinin karyerası ərzində ikinci dəfə oyundan qovulması olub. Otuz iki yaşlı futbolçuya 14 il əvvəl, Macarıstanda yoldaşlıq oyununda qırmızı kart göstərilib.
Qeyd edək ki, argentinalı hücumçu oyundan sonra hakimliyə qarşı etiraz əlaməti olaraq Amerika Kubokunun bürünc medalını almaqdan imtina edib.
Cənubi Amerika Futbol Konfederasiyası öz növbəsində Messinin davranışını təşkilata qarşı hörmətsizlik adlandırıb.
Son xəbərlər
02:53
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB-4
Region02:04
Foto
Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
Din02:03
Tramp: İslamabaddakı danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik
Digər ölkələr01:52
Xəzər dənizində zəlzələ baş verib
Hadisə01:33
"Atalanta"nı məğlub edən "Yuventus" A Seriyasının ilk dördlüyünə yüksəlib
Futbol01:09
İsrailin hücumları nəticəsində Livanın cənubunda səkkiz nəfər ölüb
Digər ölkələr00:45
Rusiyanın cənubunda bir ay ərzində 130-dan çox ölü delfin tapılıb
Region00:13
Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək
Digər ölkələr00:00