​Messi 300-cü oyununda het-triklə yadda qalıb

​Messi 300-cü oyununda het-triklə yadda qalıb "Barselona" - "Levante" matçı 5:0 hesabı ilə başa çatıb
Futbol
16 Fevral , 2015 06:51
​Messi 300-cü oyununda het-triklə yadda qalıb

Bakı. 16 fevral. REPORT.AZ/ Ötən gün "Kamp Nou" stadionunda keçirilən "Barselona" və "Levante" matçı Lionel Messi üçün İspaniya çempionatında keçirilən 300-cü matç olub.

"Report" xəbər verir ki, oyun "katalonlar"ın 5:0 hesablı üstünlüyü ilə başa çatıb, Messi özü isə üç qolla fərqlənib.

Beləliklə, argentinalı hazırda cari mövsümün bombardiri Kriştianu Ronaldodan iki top geridə qalır.

Messi İspaniya çempionatında 16 oktyabr 2004-cü il tarixində "Espanyol"a qarşı oyunda debüt edib. Hücumçu 300 oyuna 269 dəfə fərqlənməyə macal tapıb.

Son xəbərlər

Orphus sistemi