Bakı. 16 fevral. REPORT.AZ/ Ötən gün "Kamp Nou" stadionunda keçirilən "Barselona" və "Levante" matçı Lionel Messi üçün İspaniya çempionatında keçirilən 300-cü matç olub.
"Report" xəbər verir ki, oyun "katalonlar"ın 5:0 hesablı üstünlüyü ilə başa çatıb, Messi özü isə üç qolla fərqlənib.
Beləliklə, argentinalı hazırda cari mövsümün bombardiri Kriştianu Ronaldodan iki top geridə qalır.
Messi İspaniya çempionatında 16 oktyabr 2004-cü il tarixində "Espanyol"a qarşı oyunda debüt edib. Hücumçu 300 oyuna 269 dəfə fərqlənməyə macal tapıb.