Məşqçilər üçün UEFA seminarı keçirilib

Məşqçilər üçün UEFA seminarı keçirilib Bakı. 4 aprel. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçirilir.
Futbol
4 Aprel , 2018 18:41
Məşqçilər üçün UEFA seminarı keçirilib

Bakı. 4 aprel. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçirilir.

"Report"un məlumatına görə, aprelin 3-dən başlanan seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir.

AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq etdiyi nümayəndə heyətində hazırda PRO kurslarında təhsil alan 11 baş məşqçi yer alıb.

Bunlar "Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, "Qarabağ” komandasının məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, "Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, “Xəzər” komandasının baş məşqçisi Elşad Əhmədov, eləcə də Mahmud Qurbanov, Siyasət Əsgərov və Baba Əsgərovdur.

Qeyd edək ki, seminara aprelin 6-ı yekun vurulacaq.  

Son xəbərlər

Orphus sistemi