Yuxarı

Məşhur hücumçu "Real Madrid"ə təklif olunub

Məşhur hücumçu "Real Madrid"ə təklif olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ Fransanın “Monako” klubunun futbolçusu Radamel Falkao İspaniya təmsilçisi “Real Madrid”ə təklif olunub.

“Report” “Marca”ya istinadən xəbər verir ki, 33 yaşlı kolumbiyalı hücumçunun agenti bu məqsədlə madridlilərlə danışıq aparıb.

Paytaxt klubunun rəhbərliyi isə bu variantı gözdən keçirəcəklərini, lakin daha çox gənc oyunçuların transferində maraqlı olduqlarını bildirib.

Fransa çempionatının geridə qalan 13 turundan 7 xal toplayan “Monako” “Genqam”la birlikdə son 2 pilləni bölüşür. Falkaonun hesabında 4 qol və 1 məhsuldar ötürmə var.

Qeyd edək ki, Falkaonun “Monako” ilə 2020-ci ilin iyun ayınadək müqaviləsi mövcuddur. O, karyerası ərzində Argentinanın “River Pleyt”, Portuqaliyanın “Portu”, İspaniyanın “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Yunayted” komandalarının formasını geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi