Məşhur baş məşqçi Filippin yığmasına rəhbərlik edəcək

Məşhur baş məşqçi Filippin yığmasına rəhbərlik edəcək Bakı. 27 oktyabr. REPORT.AZ/ İngiltərə milli komandasının sabiq baş məşqçisi Sven-Yoran Eriksson Filippin yığmasının sükanı arxasına keçib.
Futbol
27 Oktyabr , 2018 12:51
Məşhur baş məşqçi Filippin yığmasına rəhbərlik edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ İngiltərə milli komandasının sabiq baş məşqçisi Sven-Yoran Eriksson Filippin yığmasının sükanı arxasına keçib. 

"Report"un məlumatına görə, 70 yaşlı mütəxəssislə 6 aylıq müqavilə bağlanılıb. Anlaşmanın təfərrüatları açıqlanmır. 

Filippin Futbol Federasiyasının rəhbərliyi ümid edir ki, bu təyinat yığmanın ASEAN çempionatında və Asiya Kubokunda şanslarını artıracaq. İsveçli baş məşqçi ilə birgə irlandiyalı Skott Kuper də çalışacaq. 

Qeyd edək ki, Sven-Yoran Eriksson 2001 - 2006-cı illərdə İngiltərə yığmasının baş məşqçisi olub. O, Meksika və Kot dİvuar millilərinə, eləcə də "Göteborq" (İsveç), "Benfika" (Portuqaliya), "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Siti", "Lester" (hər ikisi İngiltərə) klublarına da rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi