Məşhur argentinalı futbolçu xəstəxanaya yerləşdirilib

Məşhur argentinalı futbolçu xəstəxanaya yerləşdirilib Aquero özünü pis hiss etdiyindən ikinci hissədə əvəzlənib
Futbol
15 Noyabr , 2017 01:09
Məşhur argentinalı futbolçu xəstəxanaya yerləşdirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Argentina milli yığmasının hücumçusu Serxio Aquero Krasnodarda Argentina ilə Nigeriya komandaları arasında keçirilən yoldaşlıq oyunu zamanı huşunu itirib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə "Krasnodar" şəhər stadionunun soyunub-geyinmə otağında baş verib. Birinci hissədə qol vuran hücumçu özünü pis hiss etdiyindən ikinci hissədə başqası ilə əvəzlənib.

Futbolçu Krasnodarın xəstəxanalarından birinə çatdırılıb və ona lazımı tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşıb.

Qeyd edək ki, yoldaşlıq oyunu Nigeriyanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi