Yuxarı

Məhkəmə rusiyalı futbolçuların həbsdə saxlanılması ilə bağlı qərar çıxarıb

Məhkəmə rusiyalı futbolçuların həbsdə qalması ilə bağlı qərar çıxarıb

Moskva şəhər məhkəməsi Rusiya "Zenit"inin hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin apellyasiya şikayətinə və onların həbs müddətinin uzadılması qərarına baxıb.

"Report" xəbər verir ki, məhkəmə futbolçuların apellyasiya şikayətini rədd edərək, həbs qərarını qüvvədə saxlayıb. Beləliklə onlar sentyabrın 25-dək istintaq təcridxanasında qalacaq.

Bu işdə iştirak edən digər şəxslər - Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitskinin həbsxanada saxlanılması davam edəcək.

Qeyd edək ki, futbolçularla birlikdə 4 nəfər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi