Məhəmməd Salah DÇ-2018-də oynayacağına əmindir

Məhəmməd Salah DÇ-2018-də oynayacağına əmindir "Bütün çətinliklərə baxmayaraq, Rusiyada olacağam"
Futbol
28 May , 2018 00:24
Məhəmməd Salah DÇ-2018-də oynayacağına əmindir

Bakı. 28 may. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında çiynindən aldığı zədədən sonra yenidən yaşıl meydanlara qayıdacağından danışıb.

“Report”un xəbərinə görə, o öz "Twitter" hesabında yazıb ki, bütün çətinliklərə baxmayaraq, Rusiyada olacaq:

"Çox ağır gecə idi, amma mən döyüşçüyəm. Bütün çətinliklərə baxmayaraq, əminəm ki, mənimlə fəxr etməyiniz üçün Rusiyada olacağam. Sizin sevgi və dəstəyiniz mənə ehtiyac duyduğum gücü verəcək", – deyə Salah bildirib.

Son xəbərlər

Orphus sistemi