Yuxarı

"Mançester Yunayted"in futbolçusu I Dünya müharibəsində həlak olanların xatirəsini anmaqdan imtina edib

"Mançester Yunayted"in futbolçusu I Dünya müharibəsində həlak olanların xatirəsini anmaqdan imtina edib

Bakı. 5 noyabr. REPORT.AZ/ Serbiya milli komandasının və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Nemanya Matiç I Dünya müharibəsində həlak olanların xatirəsini anmaq üçün üzərində rəmzi lalə gülünün şəkli olan formanı geyinməkdən imtina edib.

"Report" xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının XI turunda səfərdə "Bornmut"u 2:1 hesabı ilə məğlub etdikləri oyundan öncə baş verib.

Həmin rəmzin bütün həlak olmuş Britaniya əsgərlərinin xatirəsinə həsr olunduğunu öyrənən 30 yaşlı yarımmüdafiəçi dərhal formanı çıxarıb.

“Siz mənim ölkəmi bombalamısız və bunu geyinmərəm, lap elə bu dəqiqə komandadan və İngiltərədən çıxarılsam da, belə", - o deyib.

Serbiyalı futbolçu bir qədər sonra başqalarının sözügedən rəmzi daşımaq hüququna hörmətlə yanaşdığını, hərbi münaqişələrdə yaxınlarını itirənlərin də dərdinə şərik olduğunu, lakin o lalənin ona yalnız 12 yaşında vətənində şahidi olduğu bombardmanı xatırlatdığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi