Yuxarı
    Bağlamaq

    "Mançester Yunayted Futbol Məktəbi"nə növbəti seçim başlayır

    Seçimlər martın 15-də Bayıl Arena stadionunda keçiriləcək

    Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına yeni qəbul prosesinin başladığını elan edib.

    "Bakcell"dən "Report"a verilən məlumata görə, seçimlər 2005-2007-ci il təvəllüdlü uşaqlar arasında martın 15-də, saat 15:00-da "Bayıl Arena" stadionunda keçiriləcək.

    Bu seçim prosesi nəticəsində istedadlar qruplarında mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaq.

    Seçimlərdə iştirak etmək üçün http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və sənədlərlə (şəxsiyyəti təsdiq edən sənəd, sağlamlıq haqqında arayış) yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə Bayıl stadionuna gəlmək lazımdır. Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri: (+994 55) 511 33 03 (Ramin Həsənov), Muss@affa.az.

    Qeyd edək ki, “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər İngiltərədən ezam olunan məşqçi Mik Bennet və yerli məşqçi assistentlər - Cahangir Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara intensiv şəkildə həftədə iki dəfə ingilis dili dərsləri keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri “Mançester Yunayted” tərəfindən forma və digər idman avadanlıqları ilə təmin olunurlar. Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin hazırlıq qrupu mövcuddur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi