Yuxarı

"Mançester Siti" sona bir tur qalmış birinciliyə yüksəlib

​"Mançester Siti" sona bir tur qalmış birinciliyə yüksəlib

"Mançester Siti" İngiltərə Premyer Liqasının 37-ci turunda "Lester Siti"ni 1:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, Mançester şəhərinin "Etihad" stadionunda keçirilən matçı baş hakim Mayk Din idarə edib.

Oyunda yeganə qolu 70-ci dəqiqədə belçikalı müdafiəçi Vensan Kompani vurub.

"Mançester Siti" bu qələbə sayəsində xallarınıт sayını 95-ə çatdırıb və turnir cədvəlində birinci yerə keçib. "Şəhərlilər"in ikinci pillədə qərarlaşmış "Liverpul"dan xal fərqi 1-ə bərabərdir. "Lester Siti" 51 xalla 9-cu yerdədir.

Həlledici turda "Mançester Siti" səfərdə "Brighton & Hove Albion" klubu ilə qarşılaşacaq. "Liverpul" isə evdə "Vulverhempton"u qonaq edəcək. Hər iki matç mayın 12-də Bakı vaxtı saat 18:00-da baş tutacaq.

İngiltərə Premyer Liqa. 37-ci tur

"Mançester Siti" – "Lester Siti" - 1:0

Qol: 1:0 – Kompani – 70

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi