"Mançester Siti" İngiltərə Premyer Liqasının 37-ci turunda "Lester Siti"ni 1:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, Mançester şəhərinin "Etihad" stadionunda keçirilən matçı baş hakim Mayk Din idarə edib.
Oyunda yeganə qolu 70-ci dəqiqədə belçikalı müdafiəçi Vensan Kompani vurub.
"Mançester Siti" bu qələbə sayəsində xallarınıт sayını 95-ə çatdırıb və turnir cədvəlində birinci yerə keçib. "Şəhərlilər"in ikinci pillədə qərarlaşmış "Liverpul"dan xal fərqi 1-ə bərabərdir. "Lester Siti" 51 xalla 9-cu yerdədir.
Həlledici turda "Mançester Siti" səfərdə "Brighton & Hove Albion" klubu ilə qarşılaşacaq. "Liverpul" isə evdə "Vulverhempton"u qonaq edəcək. Hər iki matç mayın 12-də Bakı vaxtı saat 18:00-da baş tutacaq.
İngiltərə Premyer Liqa. 37-ci tur
"Mançester Siti" – "Lester Siti" - 1:0
Qol: 1:0 – Kompani – 70



















