"Mançester Siti" futbolçulara rəngli butsular geyinməyi qadağan edib

"Mançester Siti" futbolçulara rəngli butsular geyinməyi qadağan edib İndi qaydalar yalnız qara butsuda oynamağa imkan verir
Futbol
9 Oktyabr , 2016 23:05
Mançester Siti futbolçulara rəngli butsular geyinməyi qadağan edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu gənc futbolçulara müxtəlif rəngli butsular geyinməyi qadağan edib.

"Report" xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb.

İndi qaydalar futbolçulara yalnız qara butsuda oynamağa imkan verir. "Mançester Siti" akademiyasının baş məşqçisi Ceyson Uilkoksun sözlərinə görə, klub oyunçulardan yaxşı futbolçu yetişdirməklə yanaşı, həm də onların şəxsi inkişafında iştirak etməlidir.

"Mənim üçün başqalarına hörmət etməyən məşhur futbolçu görməkdən pis şey yoxdur. Bəli, siz məqsədyönlü olmalısınız, amma siz yenə də, başqalarına hörmət qoymalısınız. Futbolçunun kiminlə danışmasının - xidmətçilərdən biri ilə və ya baş direktorla - fərqi yoxdur, biz onlardan hörmət göstərmələrini tələb edirik", - deyə Uilkoks bildirib.

Son xəbərlər

Orphus sistemi