Malta - Azərbaycan oyununun təyinatları açıqlanıb

Malta - Azərbaycan oyununun təyinatları açıqlanıb Görüşü monteneqrolu referi idarə edəcək
Futbol
7 Sentyabr , 2018 13:25
Malta - Azərbaycan oyununun təyinatları açıqlanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan yığmasının UEFA Millətlər Liqasının II turunda Malta ilə keçirəcəyi səfər oyunu üçün bütün təyinatlar açıqlanıb.

“Report” xəbər verir ki, sentyabrın 10-da baş tutacaq matçı Montoneqrodan olan hakimlər briqadası idarə edəcək. Görüşün referisi Nikola Dabanoviç olacaq. Yan xətt hakimləri funksiyasını Milutin Cukiçlə Yovitsa Tatar yerinə yetirəcək. Dördüncü hakim Aleksandar Cikanoviçdir. Milovan Milaçiç və Miloş Boşkoviç isə baş hakimin əlavə köməkçiləridir.

Oyunun hakim-inspektoru lüksemburqlu Luk Vilymas, UEFA nümayəndəsi isə ingiltərəli Qrem Hover olacaq.

Dabanoviç sonuncu dəfə 4 sentyabr 2017-ci ildə Azərbaycan yığmasının Bakı Olimpiya Stadionunda San-Marinonu 5:1 hesabı ilə yendiyi dünya çempionatının seçmə qrup matçını idarə edib. 

Qeyd edək ki, Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi