Makedoniyalı futbolçu: "Bu, Azərbaycanla oyunöncəsi əla motivasiya olacaq"

Makedoniyalı futbolçu: "Bu, Azərbaycanla oyunöncəsi əla motivasiya olacaq" Bakı. 23 mart. REPORT.AZ/ Biz oyunlara maksimum dərəcədə yaxşı hazırlaşırıq. Son 4 gündür Antalyadayıq. Komandaya məşq üçün yaxşı şərait yaradılıb.
Futbol
23 Mart , 2018 13:43
Makedoniyalı futbolçu: Bu, Azərbaycanla oyunöncəsi əla motivasiya olacaq

Bakı. 23 mart. REPORT.AZ/ "Biz oyunlara maksimum dərəcədə yaxşı hazırlaşırıq. Son 4 gündür Antalyadayıq. Komandaya məşq üçün yaxşı şərait yaradılıb".

"Report"un məlumatına görə, bunu Makedoniya milli komandasının və İtaliyanın "Palermo" klubunun futbolçusu İlya Nestorovski deyib.

Hücumçu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Makedoniya yığmasının məşqlərə ciddi şəkildə hazırlaşdığını və komandanın qarşıdakı oyunlarda qələbə qazanacağına inandığını deyib: "Finlandiya güclü rəqibdir. Bu komanda ilə oyuna ciddi hazırlaşırıq. Onların oyunlarını analiz etmişik. Güclü və zəif tərəflərini bilirik. Hesab edirəm ki, biz qazanacağımız qələbə ilə əla atmosferi daha da yaxşılaşdıracağıq. Bu, Azərbaycanla oyunöncəsi əla motivasiya olacaq."

Qeyd edək ki, Makedoniya millisi Finlandiya ilə bu gün Antalya şəhərindəki "Qloriya Arena"da üz-üzə gələcək. Komanda martın 27-də isə Azərbaycan millisi ilə şəhərin "Mardan" stadionunda qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi