Mahir Mədətov: "Fikrimizi yönəltmişik ki, birinci yerə necə yüksələk?"

Mahir Mədətov: "Fikrimizi yönəltmişik ki, birinci yerə necə yüksələk?" Bakı. 10 dekabr. REPORT.AZ/ Qarabağın futbolçusu Mahir Mədətov Topaz Premyer Liqasının XIV turunda Zirəni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
10 Dekabr , 2018 02:57
Mahir Mədətov: Fikrimizi yönəltmişik ki, birinci yerə necə yüksələk?

Bakı. 10 dekabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Mahir Mədətov Topaz Premyer Liqasının XIV turunda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir.

6:0 hesablı qələbə sizin üçün gözlənilməz oldu?

- Tək mənim üçün yox, hamımız üçün gözlənilməz oldu. Düşünürəm ki, rəqib ikinci hissədə irəli atıldı və ona görə arxada boşluqlar yarandı. Biz də bundan istifadə etdik. Ona görə də hesab belə böyük oldu. İlk hissədə vurduğumuz 3 qol bizə əlavə stimul verdi. Çalışırdıq ki, görüşü idarə edək. Bu da bizim komandada alınırdı. Hesabın oyuna görə olduğunu desəm, düzgün olmaz.

"Qarabağ" iki oyuna 11 qol vurub. Komanda üzvləri hansı vitaminləri qəbul edib?

- Yəqin ki, düzgün işləyirik. Oyunlarımız da yaxşı alınır. Komandada ruh yüksəkliyi artıb. Bunun başqa bir səbəbi yoxdur.

Bombardirlik yarışında da Baqali Daboya çatdınız...

- O barədə hələ ki, düşünmürəm. Reallıq odur ki, hazırda ikinci pillədəyik. Fikrimizi yönəltmişik ki, birinci yerə necə yüksələk? Bombardır olmağım mənim üçün önəmli deyil. Əsas odur ki, çempion olaq.

Qurban Qurbanov milli komanda ilə vidalaşdı. Bu barədə nə deyə bilərsiniz?

- Qərar belə olub. Buna hörmətlə yanaşmaq lazımdır. Əsas odur ki, Qurban müəllim üçün yaxşı olsun.

Son xəbərlər

Orphus sistemi