Macarıstan klubunun "Neftçi" ilə oyunlara 20 futbolçu sifariş edib - SİYAHI

Macarıstan klubunun "Neftçi" ilə oyunlara 20 futbolçu sifariş edib - SİYAHI Onlardan 8-i legionerdir
Futbol
11 İyul , 2018 09:36
Macarıstan klubunun Neftçi ilə oyunlara 20 futbolçu sifariş edib - SİYAHI

Bakı. 11 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Macarıstan "Uypeşt"inin sifariş ərizəsi açıqlanıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı baş məşqçi Neboyşa Viqnyeviç 20 futbolçuya güvənib. Onlardan 3-ü qapıçı, 4-ü müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i hücumçudur. Heyətdə ümumilikdə 8 legioner yer alıb. Onlardan hərəyə 2-si monteneqrolu və nigeriyalı, qalanları bosniya və herseqovinalı, malili, makedoniyalı və serbiyalıdır.

Qapıçılar: 1. Filip Payoviç (Serbiya), 23. David Banay, 35. Bens-Qundel Takats

Müdafiəçilər: 5. Robert Litauski, 19. Miyuşko Bojoviç (Monteneqro), 22. David Mol, 68. Cenan Burekoviç (Bosniya və Herseqovina)

Yarımmüdafiəçilər: 23. Benjamin Tseke, 10. Donat Joter, 14. Alassan Diallo (Mali), 18. Boyan Stankoviç (Monteneqro), 21. Benjamin Balaj, 26. Daniel Nagi, 30. Çukvuebuka Onovo (Nigeriya), 49. Branko Paulyeviç

Hücumçular: 6. Obina Emmanuel Nvobodo (Nigeriya), 7. Kristian Şimon, 9. Patrik Tişler, 86. Soma Novotnı, Viktor Angelov (Makedoniya)

Qeyd edək ki, "Neftçi" və "Uypeşt" arasındakı ilk oyun iyulun 12-də Bakıdakı "Dalğa Arena"da, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi