Yuxarı

Lüksemburq klubunun baş məşqçisi: "Qarabağ" həqiqətən də yaxşı komandadır"

111

Bakı. 11 iyul. REPORT.AZ/ "Qarabağ" həqiqətən də yaxşı komandadır, cütün favoritidir. Amma növbəti mərhələyə biz keçmək istəyirik". 

"Report"un məlumatına görə, bunu Lüksemburq "Düdelanj"ının baş məşqçisi Dino Topmöller "Qarabağ"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

D.Töpmeller "Qarabağ" haqqında bunları deyib: "Rəqibimizin öz oyun üslubu var. Avstriyadakı son 2 yoxlama oyununu izləmişəm. Uzun toplardan istifadə edirlər, yerlə oynayırlar. Berti Foqtsun Azərbaycan millisində baş məşqçi olduğundan, Rüfət Dadaşovun yığmanızda çıxış etmənizdən, "Qarabağ"ın son 2 mövsümdə qrupda çıxış etməsindən, "Anderlext" və "İnter"lə uğurlu oyunlarından xəbərdaram".

Gənc mütəxəssis "Qarabağ"la görüşdə Lüksemburq çempionluğa layiq olduğunu göstərməyə, yaxşı nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb: "Hər iki komandada 11 futbolçu çıxış edir. İslandiya İngiltərəni məğlub edibsə, niyə də biz bunu etməyək?! Təbii ki, qələbəni hər kəs əldə etmək istəyir. Amma biz növbəti mərhələ şansımızı saxlayacaq nəticə əldə etmək istəyirik".

Baş məşqçi "Qarabağ"ın heyətində Rəşad Sadıqovu, Riçard və Miçeli, Dani və Reynaldonu, eləcə də həmkarı Qurban Qurbanovu bəyəndiyini bildirib. O, əsas hədəflərinin Lüksemburq çempionu olduğunu diqqətə çatdırıb: "Futbolçularım və mən 35 min tamaşaçı önündə oynamışıq. Baş məşqçi kimi isə ilk belə sınağım olacaq. Amma bu, mənim üçün gözlənilməz hal deyil".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" matçı saat 21:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi