Luis Suares: "Barselona" Messisiz də əla komanda olduğunu göstərdi"

Luis Suares: "Barselona" Messisiz də əla komanda olduğunu göstərdi" Bakı. 29 oktyabr. REPORT.AZ/ Kataloniyanın Barselona klubunun forvardı Luis Suares futbol üzrə İspaniya çempionatının 10-cu tur matçında Real üzərində qazanılan 5:1 hesablı qələbəyə münasibət bildirib.
Futbol
29 Oktyabr , 2018 07:40
Luis Suares: Barselona Messisiz də əla komanda olduğunu göstərdi

Bakı. 29 oktyabr. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubunun forvardı Luis Suares futbol üzrə İspaniya çempionatının 10-cu tur matçında "Real" üzərində qazanılan 5:1 hesablı qələbəyə münasibət bildirib.

“Report” xəbər verir ki, 31 yaşlı uruqvaylı həmin oyunda het-trik edib.

"İkinci yarıda "Real" vəziyyəti düzəltmək istədi, məqamlar yaratmağa başladı və qol vurdu. Rəqib hücumlarını davam etdirdi, amma biz yaxşı iş gördük. Boş zonalardan istifadə edə bildik.

Əlbəttə ki, Lionel Messi bizimlə oynadığı zaman daha yaxşıdır, o, dünyanın ən yaxşı futbolçusudur. Lakin biz bir komanda kimi öz oyunumuzla fəxr etməliyik. Göstərdik ki, yaxşı məşqçi ilə Messisiz də əla komandayıq", - deyə "Marca" qəzeti Suaresin sözlərini sitat gətirib.

Bundan əvvəl "Barselona" "El klasiko"da "Real"ı darmadağın edib.

Son xəbərlər

Orphus sistemi