Yuxarı

Lionel Messinin qardaşı həbs olunub

Lionel Messinin qardaşı həbs olunub
Onun qanlı motorlu qayığından tapança tapılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin qardaşı Matias Messi həbs olunub.

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, M.Messinin qanlı qayığında tapança tapılıb.

O, verdiyi ifadədə motorlu qayığı Argentinadakı qumlu sahilə çırpdığını və nəticədə sifətinin kəsikdən qanadığını bildirib. Hadisə yerinə gələn polis onu ələ keçirib.

Qeyd edək ki, Matias Messi avqustda yol qəzasına düşüb. Ötən il isə onun avtomobilindən tapança tapılıb. Lionel Messinin qardaşına narkotik maddələr və spirtdən çəkinməsi məsləhət görülüb.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi