"Lion" klubu "Şaxtyor"la səfər oyununun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib

"Lion" klubu "Şaxtyor"la səfər oyununun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib Bakı. 28 noyabr. REPORT.AZ/ Fransanın “Lion” klubu Çempionlar Liqasının VI turunda Ukrayna “Şaxtyor”u ilə səfər oyununun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib.
Futbol
28 Noyabr , 2018 12:56
Lion klubu Şaxtyorla səfər oyununun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Fransanın “Lion” klubu Çempionlar Liqasının VI turunda Ukrayna “Şaxtyor”u ilə səfər oyununun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib.

“Report”un məlumatına görə, bu barədə klub prezidenti Jan-Mişel Olas “Frans-Press”ə bildirib. O, qitə futbol qurumundan Ukraynadakı vəziyyəti diqqətlə öyrənməyi xahiş etdiklərini söyləyib: “Təəssüf ki, ölkə böhran yaşayır. Onlar çox şey yaşayıblar və əzab çəkməyə davam edirlər. UEFA “Vorskla” ilə “Arsenal”ın oyununun Kiyevdə keçirilməsinə qərar verib. Yəqin ki, bizim matçla bağlı da nəsə tədbir görüləcək. Düzünü deyim, Xarkova getmək istəmirik. Təhlükəsizilik baxımından təminat yoxdur. Biz hətta, təyyarə axtarırıq. Çünki fransızlar ora uçan təyyarələri sığorta etmirlər. Yaxın günlərdə UEFA qərar qəbul edəcək. İstənilən yerdə qələbəyə oynayacağıq”.

Qeyd edək ki, “Şaxtyor” Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını Xarkovda “Metallist” stadionunda keçirir. “Lion”la matç dekabrın 12-də olacaq.

Son xəbərlər

Orphus sistemi