"Lester" Ranyeridən sonra keçirdiyi ilk oyunda "Liverpul"u məğlub edib - VİDEO

"Lester" Ranyeridən sonra keçirdiyi ilk oyunda "Liverpul"u məğlub edib - VİDEO Görüş "tülkülər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
28 Fevral , 2017 07:39
Lester Ranyeridən sonra keçirdiyi ilk oyunda Liverpulu məğlub edib - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ "Lester Siti" futbol üzrə İngiltərə çempionatının 26-cı turunda "Liverpul"u məğlub edib.

"Report" xəbər verir ki, görüş Lester şəhərinin "Kinq Pauer - Uolkers" stadionunda keçirilib və 3:1 hesabı ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Ceymi Vardi (28 və 60-cı dəqiqələr) və Deniel Drinkuoter (39) vurub. Qonaqların təsəlli qoluna Filippe Koutinyo imza atıb.

Bu, "Lester"in ötən il komandanı tarixində ilk dəfə olaraq çempion edən italiyalı baş məşqçi Klaudio Ranyerinin gedişindən sonra keçirdiyi ilk oyun olub. Bundan əlavə, "tülkülər" iki ay ərzində Premyer-Liqada ilk qələbələrini qazanıblar və xallarının sayını 24-ə çatdırıblar. Bunun sayəsində komanda təhlükəli zonanı tərk edərək turnir cədvəlinin 15-ci pilləsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi