Latviya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI

Latviya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI Heyətə vaxtilə Azərbaycan klublarında çıxış etmiş futbolçu da çağırılıb
Futbol
24 May , 2018 14:44
Latviya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI

Bakı. 24 may. REPORT.AZ/ Futbol üzrə Latviya millisinin Baltika Kuboku və Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb.

“Report” xəbər verir ki, baş məşqçisi Miksu Patelaynen iyunun 9-da Riqada baş tutacaq görüş üçün 23 futbolçuya dəvət göndərib. Heyətdə vaxtilə Azərbaycanın “Qəbələ”, “Qarabağ” və “Rəvan” klublarının formasını geyinmiş Kristian Torres də var. Argentina əsilli hücumçu bir müddətdir Latviya vətəndaşlığını qəbul edib. 

Qapıçılar: Andris Vanin ("Sürix", İsveçrə), Kaspar İksten (RFS), Yevgeni Neruqal ("Spartak" Yurmala)

Müdafiəçilər: Vitali Maksimenko ("Termalitsa", Polşa), Vladislav Qabov ("Riqa"), İqor Tarasov ("Şlyonsk", Polşa), Vyaçeslav İsayev, Kaspar Dubra, Robert Savalnyek (hamısı RFS), Vitali Yaqodinski ("Politexnika, Rumıniya), Gints Freymanis, Martsis Oşs (hər ikisi "Spartak" Yurmala),Rayvis Andris Jurkovski ("Liepaya")

Yarımmüdafiəçilər: Aleksandr Fertov (RFS), Ritvar Ruqin ("Ventspils"), Yanis İkaunyek, Kristian Torres (hər ikisi "Liepaya"), Qleb Klyuşkin (RFS), Vladimir Kameş ("Yenisey", Rusiya)

Hücumçular: Valeri Şabala (Podbeskidze", Polşa), Davis İkaunyek ("Vısoçina", Çexiya), Artur Karaşauskas ("Liepaya"), Vladislav Qutkovski ("Termalitsa", Polşa)

Qeyd edək ki, Latviya yığması iyunun 2-də Estoniya, iyunun 5-də Litva, iyunun 9-da isə Azərbaycanla qarşılaşacaq. Son oyun "Dauqava" stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi