"Kyevo"nun qapıçısı Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya yerləşdirilib

"Kyevo"nun qapıçısı Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya yerləşdirilib Bakı. 19 avqust. REPORT.AZ/ İtaliyanın Kyevo klubunun qapıçısı Stefano Sorrentino Yuventusun hücumçusu Kriştianu Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya düşüb.
Futbol
19 Avqust , 2018 11:37
Kyevonun qapıçısı Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya yerləşdirilib

Bakı. 19 avqust. REPORT.AZ/ İtaliyanın "Kyevo" klubunun qapıçısı Stefano Sorrentino "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya düşüb.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, qolkiperə burun sınığı diaqnozu qoyulub.

Həkimlər onun başından da zədə aldığını ehtimal edirlər.

Oyunun əsas hissəsinə əlavə olunmuş vaxtda zədələnmiş Sorrentinonu qolkiper Andrea Sekulina əvəz edib. Komandanın məğlubiyyətinə səbəb olan üçüncü qolu məhz o buraxıb. Matç 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bu, Ronaldunun "Yuventus"un heyətində debüt oyunu olub.

Son xəbərlər

Orphus sistemi