Kriştianu Ronaldu: İstəyirəm ki, böyük oğlum futbolçu olsun

Kriştianu Ronaldu: İstəyirəm ki, böyük oğlum futbolçu olsun Bakı. 23 avqust. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu böyük oğlu olan Kiçik Kriştianunun gələcəyi haqqında öz fikirlərini bölüşüb.
Futbol
23 Avqust , 2018 02:58
Kriştianu Ronaldu: İstəyirəm ki, böyük oğlum futbolçu olsun

Bakı. 23 avqust. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu böyük oğlu olan Kiçik Kriştianunun gələcəyi haqqında öz fikirlərini bölüşüb.

"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, futbolçu böyük oğlunun olduqca aydın məqsədli və uduzmağı sevməyən biri olduğunu deyib.

"O, olduqca aydın məqsədlidir və uduzmağı sevirmir. Kriştianu uşaqlıqda mənə oxşayırdı, indi də mənə bənzəyəcək, mən buna yüz faiz əminəm. Nə edəcəyinə özü qərar verəcək, həmişə mənim dəstəyimi hiss edəcək. Mən istərdim ki, Kriştianu futbolçu olsun, çünki onda da bu həvəs var. O güclü və cəlddir, yaxşı texnikası var. Mən ona təzyiq göstərmək fikrində deyiləm. Mənim üçün onun futbolçu olması, əlbəttə ki, bir xəyal olardı", - deyə Ronaldu əlavə edib.

Kriştianu Ronaldu 4 uşaq atasıdır. Onlardan üçü surroqat anadandır, 2017-ci ildə isə portuqaliyalı Corcina Rodriqesdən qızı dünyaya gəlib.

Son xəbərlər

Orphus sistemi