Yuxarı

​"Krasnodar" klubunun futbolçusunun evi qarət olunub

Evdən 10 min rus rublu götürülüb, it güllələnib

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın "Krasnodar" klubunun futbolçusu Vladimir Bıstrova məxsus Leninqrad vilayətindəki ev naməlum şəxslər tərəfindən qarət olunub. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində evdəki it güllələnib.

Kimliyi məlum olmayan qarətçilər evin mühafizəçisini bağlayaraq 10 min rus rublu və bəzi əşyaları götürüblər. Hazırda qarətçilərin kimliyi araşdırılır.

Qeyd edək ki, Vladimir Bıstrov "Zenit" klubu ilə 2 dəfə ölkə çempionu olub. O, 2014-cü ildən "Krasnodar"ın formasını geyinir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi