"Krasnodar"ın futbolçusu: "Avropa Liqasında zəif komanda yoxdur"

"Krasnodar"ın futbolçusu: "Avropa Liqasında zəif komanda yoxdur" "Oyunun əvvəli bizim tərəfimizdə idi, lakin yekunda sonluq gərgin alındı"
Futbol
2 Oktyabr , 2015 08:39
Krasnodarın futbolçusu: Avropa Liqasında zəif komanda yoxdur

Krasnodar. 2 oktyabr. REPORT.AZ/ "Oyundan əvvəl baş məşqçi ilə söhbətimiz oldu. Razılaşdıq ki, meydana sonradan daxil olacağam". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya "Krasnodar"ının futbolçusu Fyodor Smolov deyib.

"Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilmiş oyun haqda danışan hücumçu bunları deyib: "Meydana çıxarkən məqsədim qol vurmaq idi. İstəyimə çatdığım üçün şadam. Hesab edirəm ki, Avroliqada zəif rəqib yoxdur. Oyunun əvvəli bizim tərəfimizdə idi. “Qəbələ”yə asanlıqla qalib gələcəyimizi düşündüm. Lakin sonluq gərgin alındı”.

Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" qarşılaşması 2:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi