Kosovolu futbolçu: "Hər iki komanda qələbə üçün əlindən gələni edəcək"

Kosovolu futbolçu: "Hər iki komanda qələbə üçün əlindən gələni edəcək" Priştina. 19 noyabr. REPORT.AZ/ Maltaya səfərdə 5:0 hesabı ilə qalib gəldik. Psixoloji cəhətdən yaxşı hazırlaşmışıq. Sabahkı oyun final olacaq. Hər iki komanda qələbə üçün əlindən gələni edəcək. Matça həm də fiziki cəhətdən hazırıq.
Futbol
19 Noyabr , 2018 20:24
Kosovolu futbolçu: Hər iki komanda qələbə üçün əlindən gələni edəcək

Priştina. 19 noyabr. REPORT.AZ/ "Maltaya səfərdə 5:0 hesabı ilə qalib gəldik. Psixoloji cəhətdən yaxşı hazırlaşmışıq. Sabahkı oyun final olacaq. Hər iki komanda qələbə üçün əlindən gələni edəcək. Matça həm də fiziki cəhətdən hazırıq".

"Report"un Priştinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Kosovo yığmasının futbolçusu Valon Berişa Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, təkcə komanda deyil, fərdi qaydada da heç-heçə haqqında düşünməyəcəklər: "Əks halda, bu, neqativ təsir göstərə bilər. Azərbaycan yığması çox güclüdür. Amma azarkeşlərin dəstəyi bizi irəli atılmağa sövq edəcək". 

Son xəbərlər

Orphus sistemi