Yuxarı

Kosovo yığmasının kapitanı: "Azərbaycan qrupun ən güclü və ən yaxşı komandasıdır"

Kosovo yığmasının kapitanı: "Azərbaycan qrupun ən güclü və ən yaxşı komandasıdır"

Bakı. 24 yanvar. REPORT.AZ/ “Püşkə görə xoşbəxtəm”.

“Report” xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığmasının kapitanı Samir Uykani deyib.

30 yaşlı qapıçı bildirib ki, Azərbaycan qrupun ən güclü və ən yaxşı komandasıdır. Lakin o, qrupda birinci yeri tutmağa çalışacaqlarını vurğulayıb: “Futbol möcüzələrlə doludur. Bizim istedadımız var. Maksimum güc sərf edəcəyik. Bu, komandamız üçün yaxşı təcrübə olacaq. Ehtiyatlı və təşkilatlanmış olmalıyıq. Çalışacağıq ki, qrupda birinci yeri tutaq”.

Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi