Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı

Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı Futzal üzrə Yüksək Liqada XV turun Marafon – Araz oyunu yarımçıq dayandırılıb.
Futbol
20 Fevral , 2020 18:11
Azərbaycan çempionatının oyunu yarımçıq dayandırıldı

Futzal üzrə Yüksək Liqada XV turun "Marafon" – "Araz" oyunu yarımçıq dayandırılıb.

"Report" Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hadisəyə “Marafon” komandasının görüşün 26:09 dəqiqəsində hakimin qərarına etiraz edərək meydanı tərk etməsi səbəb olub.

Bunu əsas gətirən referilər görüşü dayandırıb. Sonrakı dəqiqədə "Marafon" komandası oyunu davam etdirmək istəsə də, bu dəfə "Araz" klubu hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib.

Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Qeyd edək ki, görüşü futzal üzrə FIFA referisi Hikmət Qafarlı idarə edib. 

Son xəbərlər

Orphus sistemi