Yuxarı

"Malatyaspor" "Qalatasaray"a məğlubiyyətdən sonra baş məşqçisi ilə vidalaşıb

Komanda "Qalatasaray"a məğlubiyyətdən sonra baş məşqçisi ilə vidalaşıb

Türkiyə Super Liqasında çıxış edən "Malatyaspor" komandası baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

"Report" "CNNTurk"ə istinadən xəbər verir ki, bu barədə əyalət təmsilçisinin idman direktoru Ali Ravcı məlumat verib.

45 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, "Malatyaspor" Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab matçında evdə "Qalatasaray"a 2:5 (ilk oyun 0:0) hesabı ilə uduzub. Komanda çempionatda 38 xalla 8-ci pillədə qərarlaşıb. Erol Bulut 2017-ci ildən "Malatyaspor"a rəhbərlik edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi