Yuxarı

Kolumbiyalı futbolçu avtomobil qəzasında dünyasını dəyişib

Hadisə Quaçene şəhərində baş verib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Kolumbiyalı futbolçu Yesid Aponsa avtomobil qəzasında dünyasını dəyişib. 

"Report"un məlumatına görə, faciəvi hadisə Quaçene şəhərində baş verib. 24 yaşlı oyunçunun avtomobili yoldan kənara uçub.

İnsidentlə bağlı araşdırmalara başlanılıb. Futbolçunun çıxış etdiyi "La Ekidad" klubu mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Yesid Aponsa karyerası ərzində Kolumbiyanın "İndependyente", "Amerika" və "Boyaka Çiko" klublarında da çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi