Kolumbiyalı futbolçu avtomobil qəzasında dünyasını dəyişib

Kolumbiyalı futbolçu avtomobil qəzasında dünyasını dəyişib Hadisə Quaçene şəhərində baş verib
Futbol
3 Oktyabr , 2016 12:46
Kolumbiyalı futbolçu avtomobil qəzasında dünyasını dəyişib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Kolumbiyalı futbolçu Yesid Aponsa avtomobil qəzasında dünyasını dəyişib. 

"Report"un məlumatına görə, faciəvi hadisə Quaçene şəhərində baş verib. 24 yaşlı oyunçunun avtomobili yoldan kənara uçub.

İnsidentlə bağlı araşdırmalara başlanılıb. Futbolçunun çıxış etdiyi "La Ekidad" klubu mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Yesid Aponsa karyerası ərzində Kolumbiyanın "İndependyente", "Amerika" və "Boyaka Çiko" klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi