Yuxarı

​KİV: İraqda terrorçular “Real Madrid”in ÇL-nin finalına baxan 12 fanatını qətlə yetiriblər

Faciə Bakuba şəhərində baş verib

Bakı. 29 may. REPORT.AZ/ İraqda dörd terrorçu sevimli komandalarının iştirakı ilə keçirilən Çempionlar Liqasının final matçına baxan 12 “Real Madrid” klubu fanatını qətlə yetiriblər.

“Report” xəbər verir ki, bu barədə “As” nəşri məlumat yayıb.

Faciə Bağdadın 50 km. şimal-şərqində yerləşən Bakuba şəhərində baş verib. Terrorçular azarkeşlərin oyuna baxdıqları yerə girərək avtomatdan nizamsız şəkildə atəş açmağa başlayıblar.

İlkin məlumatlara görə, 12 nəfər ölüb, 8 nəfər yaralanıb. Digər mənbələr ölənlərin sayının 5, yaralıların sayının isə 4 olduğunu yazır. Öldürülənlərin 18-30 yaş aralığında olduqları bildirilir.

Fanatlara hücum edənlər hadisə yerindən qaçıblar, onlardan heç biri saxlanılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi